Səfir: Qondarma "seçkilər" Dağlıq Qarabağın statusuna təsir etməyəcək

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərində sentyabrın 13-ə təyin edilən qondarma "seçkilər"in keçirilməsi heç bir halda regionun gələcək statusuna təsir göstərməyəcək. Trend-in məlumatına görə, bunu Avstraliyanın Azərbaycandakı səfiri Ceyms Larsen "Twitter" səhifəsində bildirib.Qeyd edək ki, Avstraliyanın Azərbaycandakı Səfirliyinin mənzil-qərərgahı Ankarada yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00