Siyasi riyakarlığın bariz nümunəsi
Avropa Parlamenti Azərbaycana qarşı əsassız iddialar irəli sürür
11 Sentyabr 2015 19:18 SiyasətAvropa Parlamentinin Azərbaycanla bağlı növbəti dəfə qəbul etdiyi qərəzli qətnaməsi ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Məlumat üçün qeyd edək ki, aidiyyəti komitələrdə əvvəlcədən müvafiq müzakirələr aparılmadan tələm-tələsik qəbul edilən qətnamə bir sıra prosedur çatışmazlıqları ilə müşayiət olunan qətnamdə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunmuş məlumatla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirilir və onların əsl mahiyyətinin ziddinə olaraq, əsassız iddialar irəli sürür. Məsələninn ciddiliyi, eləcə də Avropa Parlamentinin ölkəmizə qarşı tutduğu qərəzli mövqenin nəzərə alan Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, xanım Malena Mardıya iradlarını çatdırıb: "Qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin gələcək perspektivlərinə ciddi əngəl yaradır.Həmçinin, Avropa Parlamentinin Azərbaycana münasibətdə daim seçimli yanaşması insan hüquqları məsələsinin Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu göstərir. Lakin Avropa parlamentinin üzvləri bilməlidirlər ki, belə cəhdlər ilkin başlanğıcdan uğursuzluğa məhkumdur. Bununla yanaşı qətnamənin müəyyən müddəalarında istifadə edilən həqarətli ifadə forması etik normalardan və çərçivələrdən kənara çıxır. Ölkəyə ünvanlanmış cəfəng və çirkin böhtanlar tamamilə qəbuledilməzdir və təşkilatın etibarlılığını ciddi sarsıdır. Eləcə də hədəfli sanksiyalar və viza qadağaları haqqında əsassız çağırışlar heç bir halda qəbul edilə bilməz. Bu aydın şəkildə təsdiq edir ki, belə bir sənədin qəbulu Azərbaycanın artan beynəlxalq nüfuzunun zədələnməsini qarşısına yeganə məqsəd qoyan maraqlı məhdud qüvvələrin marağına xidmət edir".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul edəcəyi gözlənilən idi: "Etiraf edim ki, son illər Avropada, ümumiyyətlə, Qərbdə normal məntiqlə izah olunmayan proseslər yaşanır. Avropa, Qərb bir tərəfdən insan haqlarını, söz və mətbuat azadlığını əsas gətirərək Azərbaycan kimi ölkələrə təzyiq edirlər, digər tərəfdən özləri heyrət doğuracaq dərəcədə qərəzli və fitnəkar siyasət yürüdür. Bununla da yarım əsr ərzində söykəndikləri Avropa dəyərlərinə sarsıdıcı zərbə vururlar. Bununla da Avropaya inteqrasiya istəyində olan dövlətlərin və xalqların inamı sarsılır".Vahid Əhmədovun fikrincə, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdən Avropa məkanının bərabərhüquqlu üzvü olmaq istiqamətində səmimi siyasət yürüdüb: "Rusiya faktorunu nəzərə alaraq həmişə balanslı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti birmənalı olaraq Qərbə inteqrasiyada maraqlı olduğunu təkcə bəyanatlarında deyil, əməli fəaliyyətində ortaya qoyub. Azərbaycanın da əsas iştirakçı olduğu transmilli enerji və nəqliyyat layihələrini xatırlamaq kifayətdir ki, bizim Avropa məkanı üçün necə əvəzolunmaz bir ölkə, bir strateji müttəfiq olduğumuz bəlli olsun. Amma görünür, Azərbaycanın bu qədər səmimi tərəfdaşlıq təşəbbüsləri onlara azlıq edir və buna görə də ikibaşlı siyasət yürüdənlər, bulanıq suda balıq tutmaq həvəsinə düşən ermənipərəst dairələr hər addımda Azərbaycanı gözdən salmaq siyasəti yürütməyə cəhd edirlər. Amma hər şərdə bir xeyir olduğu kimi, Avropa Parlamentinin Azərbaycandakı parlament seçkiləri öncəsi şərə xidmət edən bu qətnaməsi bizi dostumuzla düşmənimizi bir daha saf - çürük etməyə vadar edir. Azərbaycan erməni işğalına məruz qalsa da hələ də Avropadan, Qərbdən real dəstək əldə edə bilməyib və bu o deməkdir ki, əslində həmin dairələr də erməni dəyirmanına su tökürlər. Biz bu cür qətnamələrdən usanmamalıyıq, əksinə, daha da güclənməliyik. Nəticədə onlar öz əməllərindən peşman olacaqlar".
Demokratiya və İnsan Haqları Komitəsinin sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib ki, Avropa Parlamenti tərəfindən dünən Azərbaycanla bağlı qəbul edilmiş qətnamə bir daha sübut etdi ki, Avropa Parlamenti bir çox siyasi qurumların və dairələrin əlində siyasi alət-oyuncağa çevrilib: "Bu qətnamə Avropadakı ermənipərəst, o cümlədən anti-türk, anti-müsəlman, islamafob dairələrin Avropa Parlamentinin üzvlərinin bir hissəsinin "ələ almaları"nın nəticəsidir. Adətən Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin bu cür qətnamələr qəbul etməyə cəhd göstərməsi yenilik deyil. Azərbaycanda parlament seçkilərinə 50 gün qalmış Avropa Parlamentinin satın alınmış ayrı-ayrı fraksiyalarının təzyiqi nəticəsində Avropa Parlamenti tərəfindən belə qərəzli, həqiqətə söykənməyən, Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarları şübhə altına alan, böhtan və iftiralarla dolu qətnamənin qəbulu məhz parlament seçkilərinin nəticələrini indidən şübhə altına almağa hesablanıb. "Ölkədə vətəndaş cəmiyyətinin, QHT-lərin, siyasi partiya və mətbuatın azad fəaliyyəti üçün yaradılmış şəraiti görmək istəməyən Avropa Parlamenti ölkə qanunvericiliyinin tələblərini pozan və həbs edilmiş bir neçə şəxsə görə ölkə haqqında mənfi imic formalaşdırmaq niyyəti ilə etdiyi bu cəhdlər və qəbul etdiyi belə qətnamələrin bir adı vardır - riyakarlıq!"
Alim