QHT-lərdən Avropa Parlamentinə etiraz

Azərbaycan Milli QHT Forumu Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi ntiazərbaycan qətnaməsi ilə əlaqədar olaraq növbədənkənar iclas keçirib. Forumdan "OLAYLAR"-a bildirilib ki, iclasda QHT rəhbərləri, MQF idarə heyətinin üzvləri iştirak edib. İclasın yekununda sıralarında 660 QHT-ni birləşdirən Azərbaycan Milli QHT ForumuadındanAvropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyiqərəzli antiazərbaycan qətnaməsinə etiraz bəyanatı qəbul olunub. Bəyanatda deyilir ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılanıb, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurub. Bildirilib ki, qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir: "Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan bu qurumun belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir. Bu qətnamə Avropa Parlamentinin ikili standartlar və islamofobiya mövqelərindən çıxış etdiyini bir daha bariz şəkildə göstərir.".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00