Müxalifət seçkidən məğlub ayrılacaq

İlkin dəyərləndirmələr ondan ibarətdir ki, müxalifət bu ilin sonunda ölkədə keçiriləcək parlament seçkilərindən də məğlub ayrılacaq. Belə bir açıqlama ilə Strateji Araşdırmalar İnstitutunun direktoru Ramiz Alıyev çıxış edib. SAİ rəhbəri "OLAYLAR"-a bildirib ki, müxalifət düşəgəsində təmsil olunan partiyaların seçkilərə ayrı-ayrılıqda qatılması da bu düşərgənin seçkilərdə məğlubiyyətini qaçılmaz edəcək: "İndiyə qədər birlik istiqamətində aparılan danışıqların nəticəsiz qalması və hər bir partiyanın seçkiyə müstəqil şəkildə getməsi istər-istəməz səslərin parçalanması və müxalifətin seçkilərdən məğlub ayrılmasına gətirib çıxaracaq". SAİ rəhbərinin sözlərinə görə, aparıcı müxalifət partiyalarının seçkilərdə mübarizə aparmaq üçün cəmi 50 namizəd müəyyənləşdirə bilməsi də onu deməyə əsas verir ki, müxalifət kifayətqədər zəif və gücsüzdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00