AP ikili standartlardan çıxış edir

"Azərbaycanla bağlı qəbul edilən bu sənəd reallığı əks etdirmir və Avropa Parlamentinin ölkələrə qarşı ikili standartlarla çıxış etdiyini nümayiş etdirir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politolaq Rufiz Qonaqov səsləndirib: "Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutları olaraq biz qəbul edilən bu sənədə öz etirazımızı bildirir, sənəddə ölkəmizlə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bəyan edirik. Qətnamədə ayrı-ayrı halların sifarişli şəkildə təqdim olunması aydın şəkildə görünməklə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Halbuki, Qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar geniş vüsət almış və son vaxtlar həmin ölkələrdə bu sahələrdə ciddi problemlər yaşanmaqdadır". Mərkəz sədri deyib ki, Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, demokratik və yüksək beynəlxalq nüfuza malik ölkədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00