Prezident Qazaxıstana getdi (FOTO)

İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak edəcək

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfər edib.ANS PRESS-in məlumatına görə, Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Xarici İşlər Naziri Elmar Məmmədyarov da TDƏŞ-in iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00