Novruz Məmmədov: Dünya bir qütblü olandan sonra qanun, sabitlik planlarının heç biri uğurla nəticələnməyib
10 Sentyabr 2015 14:20 SiyasətDünya bir qütblü olandan sonra müxtəlif ölkələrə müdaxilə etməklə qanun, sabitlik, inkişaf təmin etmək planlarının heç biri uğurla nəticələnməmişdir. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb. PA rəsmisinin sözlərinə görə, 50-dən artıq ölkədə həyata keçirilməsi nəzərdə tutulan bu planların hamısı humanitar faciə, xaos və radikalizmə gətirib çıxarmışdır: "Görünür, Hantinqtonun tövsiyələrinə əməl etmək hələ də əsas vəzifə kimi qalır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00