İtaliyalı deputatlara Qarabağ münaqişəsi barədə məlumat verilib

Ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri, senator Sergio Divinanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Komitənin sədri Səməd Seyidov ölkələrimzin yüksək səviyyədə olan əlaqələrindən, beynəlxalq qurumlardakı faydalı əməkdaşlıqdan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən geniş söz açıb. Bildirib ki, Azərbaycanda tolerantlıq və dini dözümlülük yüksək səviyyədədir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri bərabərhüquqlu vətəndaş kimi yaşayır və fəaliyyət göstərirlər. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi də yüksəkdir və bizim münasibətlərimiz digər Avropa ölkələrinə nümunə ola bilər. Bildirildi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün İtaliya ən yaxşı tərəfdaş kimi dəyərləndirilir. İtaliya parlamentinin senatoru Sergio Divina da ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq Azərbaycanda gedən inkişafdan, əldə olunan uğurlardan geniş bəhs edib. Azərbaycanın Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib reallaşdırdığını xüsusi vurğulayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00