Deputatımız AŞ PA-nın tədbirinə qatılıcaq

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 10-da Parisə yola düşəcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, tədbirdə Dini azadlıq və demokratik cəmiyyətdə bərabər yaşama, Bərabərlik və ailə cavabdehliyi, İnsan hüquqları və etik problemlər, Ümumxalq sağlamlığı ilə bağlı olan beynəlxalq problemlərin həlli, Dərman sənayesinin maraqları və digər mövzularda müzakirələr aparılacaqd. Səfər sentyabrın 12-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00