AXCP Nərimanov Rayon şöbəsinin daha 2 üzvü Razi Nurullayevi dəstəklədi

AXCP Nərimanov Rayon şəbəsinin  daha 2 üzvü Quliyev Mikayıl və Mehdiyev Marif Əli Kərimlinin yürütdüyü siyasətə  etiraz olaraq  Razi Nurullayevin  sədrlik etdiyi Etimad Qurulayına Hazırlıq üzrə Təşkilat  Komitəsinə qoşulduqlarını bəyan ediblər.  Yaydıqları bəyanatda Əli Kərimlinin partiya daxilində yaratdıqları avtoritarizmə, özbaşınalığa  etiraz etdiklərini bildirirlər:  "Bundan sonrakı fəaliyyətimizi Razi Nurullayevin rəhbərlik etdiyi əsl AXCP-də həqiqi cəbhəçilərlər çiyin-çiyinə davam etdirəcəyik. Gənc dostlarımıza səslənirik. Ayrılın, əsl cəbhəçilərin yanına gəlin"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00