Politoloq: “Türkiyə-Azərbaycan-Türkmənistan uğurlu formatdır”
28 Avqust 2015 16:57 Siyasət"Türkiyə-Azərbaycan-Türkmənistan uğurlu formatdır". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib. "Bu gün 3 dövlətin xarici işlər naziri Türkiyədə görüşüb fikir mübadiləsi aparacaqlar.Əlbəttə bu görüşlərin davamlı xarakter almasına ehtiyac var. Ancaq nəhayət ki, nəticə də olmalıdır. Bu 3 türkdilli dövlətin həll edə bilməyəcəyi problem yoxdur. Viza məsələsi də həll olunmalıdır, Xəzərin statusunda Azərbaycanla Türkmənistan ortaq məxrəcə gəlməlidirlər və nəhayət "Kəpəz" yatağını birgə işlətmək üçün qolları çırmalamaq lazımdır. Bunun ardınca isə Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana, buradan da Türkiyə və Avropaya ötürmək lazım gələcək. Bu 3 qardaş dövlət sözü bir yerə qoysalar, nə Rusiya, nə də İran bu planlara mane ola bilər", - deyə E. Şahinoğlu qeyd edib. ("OLAYLAR İA")