Beyləqan cəbhəçisi Əli Kərimlinin istefasını tələb edir
28 Avqust 2015 16:48 SiyasətAXCP Beyləqan Rayon şöbəsi M.Ə.Rəsulzadə adına dayaq dəstəsinin sədri İlkin Mürsəlzadə Əli Kərimlinin sədri olduğu siyasi təşkilatda qalmaq istəmədiyini bildirib. İlkin Mürsəlzadə bundan sonra fəaliyyətini Razi Nurullayevin liderliyi altında davam etdirəcəyini və Etimad Qurultayına Hazırllıq üzrə Təşkilat Komitəsinə dəstək verdiyini bəyan edib. O, Əli Kərimlinin AXCP sədrliyindən istefası tələbinə qoşulduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00