Kralı şantaj etməkdə şübhəli bilinən iki jurnalist həbs edildi

Fransada Mərakeş kralını şantaj etməkdə şübhəli bilinən iki fransalı jurnalist həbs olunub.APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Frans Pres" məlumat yayıb. "Jurnalistlər Erik Loran və Katrin Qrasye Mərakeş Krallığının nümayəndələri ilə görüşdükdən sonra həbs ediliblər. Görüşdə onlar ləkələmə xarakterli məlumatların yer aldığı kitabın çap edilməməsi üçün 3 mln avro alıblar", - deyə agentlik məlumat yayıb.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00