Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək
Antalyada keçiriləcək üçtərəfli görüşdə Aşqabadda qəbul olunmuş qərarların icrası müzakirə ediləcək
27 Avqust 2015 16:40 SiyasətAvqustun 28-də Türkiyənin Antalya şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. APA-nın "İhlas" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Ankarada jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, nazir Mövlud Çavuşoğlu görüşə qatılmaq üçün Antalyaya gedəcək. Üçtərəfli toplantının regional əhəmiyyətə malik olduğunu vurğulayan T. Bilgiç, Antalya görüşündə Aşqabadda qəbul olunmuş qərarların icrasının müzakirə olunacağını söyləyib. Xatırladaq ki, Aşqabad görüşü bu il yanvarın 29-da keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00