BQP-nin daha 10 dairədən namizədləri müəyyən edildi
24 Avqust 2015 15:40 SiyasətAvqustun 24-də Böyük Qurtuluş Partiyasının daha 10 dairədən noyabrda keçiriləcək Parlament seçkilərinə namizədləri müəyyən edilib. 20 saylı Nərimanov ikinci seçki dairəsi, 54 saylı Şabran-Siyəzən seçki dairəsi, 65 saylı Saatlı- Sabirabad-Kürdəmir seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 98 saylı Şəmkir şəhər seçki dairəsi, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi, 110 saylı Zaqatala seçki dairəsi, 112 saylı Qax seçki dairəsi, 121 saylı Laçın seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə partiyanın namizədləri açıqlanıb. "Olaylar"ın məlumatına görə, BQP başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən Siyasi Qurulun növbəti iclasında bəzi seçki dairələri üzrə müvafiq namizədlərin irəli sürülməsi haqqında qərarlar qəbul edilib. Bu günə qədər 55 dairədən BQP-nin namizədi dəqiqləşdirilib. Həftə içində digər dairələrdən irəli sürüləcək namizədlərin adları da ictimaiyyətə açıqlanacaq.