“Bu gün Stalini anlamaq çox çətindir” – Politoloq
24 Avqust 2015 15:08 Siyasət"Stalin dünya siyasətində mükəmməl bir oyunçu idi". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə "Yeni Türkiyə" Strateji Araşdırmalar Mərkəzinin politoloqu Orxan Qafarlı çıxış edib."Avqustun 23-də beynəlxalq münasibətlər üçün son dərəcə əhəmiyyət kəsb edən "Molotov Ribbentrop" paktı imzalandı. Bu, razılaşma Avropa tarixini dəyişdi. Stalin çox klassik taktika ilə zaman qazandı. O, dünya siyasətində mükəmməl bir oyunçu idi. Lakin, Şərqi Avropa bu gün Nasist Almaniyası və SSRi arasında əldə edilmiş paktı bir işğalın başlanğıcı hesab edir. Mən stalinist deyiləm, lakin hər dəfə Stalinin İkinci Dünya Müharibəsinə qədər və bundan sonra dünya siyasətində gözəl oyunçu olduğunu gördüyü işlərində görürəm. Stalinlə Birinci Aleksandrı (Vyana Konqresi. 1815-ci il) müqayisə edirəm. Etiraf etmək lazımdır ki, Stalin Aleksandrdan daha ağıllı və uzaqgörən idi. Bu gün Stalinin necə gözəl, peşəkar xarici siyasət yürütdüyünü demək çətindir", - deyə O. Qafarlı qeyd edib.