Qan donorluğunun inkişafı hər birimizin ortaq məsuliyyətidir-Deputat- ÖZƏL

"Bu gün Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Quba bölməsində seçicilərimiz olan donorlar və fədakar tibb işçiləri ilə səmimi görüş keçirdik". Bunu "Olaylar"a Milli Məclisin deputatı,  Səhiyyə, ailə, qadın və uşaq məsələləri üzrə komitələrinin üzvü Müşfiq Məmmədov deyib: "Görüş zamanı qan donorluğunun cəmiyyətimiz üçün həyati əhəmiyyəti, qan xidmətinin inkişafı, donor hərəkatının genişləndirilməsi və bu sahədə çalışan tibb işçilərinin fədakar fəaliyyəti ətrafında fikir mübadiləsi apardıq.Hər bir donorun verdiyi qan nümunəsi kiminsə həyatına ümid, ailəsinə sevinc bəxş edir. Bu nəcib missiyanı könüllü şəkildə yerinə yetirən bütün donorlarımıza, eləcə də gecə-gündüz böyük məsuliyyətlə çalışan Respublika Qan Bankının Quba bölməsinin kollektivinə dərin təşəkkürümü bildirirəm.

İnsan həyatını xilas etməyə xidmət edən bu müqəddəs işə töhfə verən hər kəsə minnətdaram. Sağlam və həmrəy cəmiyyətimizin formalaşmasında qan donorluğunun inkişafı hər birimizin ortaq məsuliyyətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31