Ordumuzun mövqeləri atəşə tutulub
5 Sentyabr 2023 22:58 OrduSentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Olaylar.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31