Qanunsuz erməni silahlılarının Xocavənd mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb
5 Sentyabr 2023 21:37 OrduSentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - deyə qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31