Müdafiə Nazirliyi məlumat yaydı

Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31