Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alınıb
21 Avqust 2023 21:49 OrduAvqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə Ural markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31