Şuşa istiqamətində qanunsuz erməni silahlılarının uzunmüddətli fortifikasiya qurğuları quraşdırma cəhdinin qarşısı alınıb
16 Avqust 2023 21:49 OrduAvqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31