Ermənistanın yaydığı məlumat tamamilə yalandır - MN

İyunun 22-si saat 17:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Olaylar.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31