Ordumuzun bölmələri tərəfindən guya Ermənistan hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə məlumat həqiqətə uyğun deyil - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31