Snayperlərimiz şərti düşmən hədəflərini belə məhv etdilər - VİDEO
26 May 2023 10:49 OrduQuru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Əvvəlcə hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.
Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən peşəkarlıqla icra olunub.
Keçirilən təlim atış çalışmalarının əsas məqsədi düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31