Ermənistanın yaydığı məlumat tamamilə yalandır - MN
17 May 2023 18:33 OrduMayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir.
"Gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdud görmə vəziyyətində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür", - deyə məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31