Azərbaycan ordusu Ermənistan tərəfinin bir neçə zərbə PUA-sını zərərsizləşdirib - FOTO

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.
Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31