Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub - MN (YENİLƏNİB)
12 May 2023 19:50 Ordu19:30
Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.
Olaylar.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
Bölmələrimiz itki verməyib.
--------
18:02
Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.
Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31