Azərbaycanda məşhur səhifə adından saxta saytlar yaradılıb bank məlumatları oğurlanır
11 May 2023 12:53 OrduKiberdələduzlar iTicket.az adından saxta veb-səhifələr yaradıb.
Trend Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, kiberdələduzlar həmin veb-səhifələr vasitəsilə vətəndaşların bank və digər fərdi məlumatlarını ələ keçirirlər.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, şübhəli veb-saytlarda hər hansı fərdi məlumatlarını daxil etmədən əvvəl brauzerin ünvan xanasındakı internet ünvanına nəzər yetirərək qurumun və ya şirkətin rəsmi veb-saytı olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31