Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır - MN

Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır.

Olaylar.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - deyə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31