Düşmən Laçını atəşə tutdu
7 Aprel 2023 16:40 OrduAprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Olaylar.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.
"Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31