Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb - MN
13 Mart 2023 23:59 OrduAzərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.
Olaylar.az bildirir ki, bu barədə Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edərək Müdafiə Nazirliyindən bildiriblər.
Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31