Müdafiə Nazirliyinin tibbi personalının bir hissəsi Kahramanmaraşdan Bakıya qayıdır - FOTO

Türkiyədə zəlzələnin baş verən ilk günündən Kahramanmaraşa könüllü gələn Müdafiə Nazirliyinin tibbi personalının bir hissəsi Bakıya qayıdır.

Olaylar.az trend-ə istinadən bildirir ki,, bu barədə Azərbaycanın İstanbuldaki Baş konulu Nərminə Mustafayeva "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçiləri İstanbul Hava limanından yola düşən həkimlərimizə təşəkkür edərək xatirə lövhəsi hədiyyə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31