Komandolarımız real döyüş şəraitində məşq etdilər - VİDEO
31 Yanvar 2023 11:19 OrduQuru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir.
Müdafiə Nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər.
Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.
Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31