Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib - Müdafiə Nazirliyi
13 Yanvar 2023 19:29 OrduAzərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun "tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən" vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31