"Bu məlumatı qəti surətdə təkzib edirik" - Müdafiə Nazirliyi
6 Yanvar 2023 19:11 OrduAzərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - deyə nazirlik qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31