DSX-nin hərbçiləri Cəbrayılda qəzaya düşüb, ölən və yaralanan var
21 Noyabr 2022 18:31 OrduBu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində Dövlət Sərhəd Xidmətinə (DSX) xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib.
Olaylar.az xəbər verir ki, DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.
DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31