Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
17 Noyabr 2022 19:06 OrduMüdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq noyabrın 17-də vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə bu gün Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31