Hərbi qulluqçularımız avtoqəzada yüngül xəsarət alıb - Müdafiə Nazirliyi

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31