Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub - FOTO

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Olaylar.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi nəlumat yayıb.

Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31