Azərbaycanla Macarıstan arasında hərbi əməkdaşlıq müzakirə edilib - FOTO
25 Oktyabr 2022 18:57 OrduAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.
Olaylar.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31