Müdafiə naziri “Saha Expo" sərgisinin açılış mərasimində iştirak edib - FOTO
25 Oktyabr 2022 18:25 OrduTürkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən "Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.
Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, eneral-polkovnik Z.Həsənov sərgidə "Roketsan", "TUSAŞ", "HAVELSAN", "BAYKAR", "TUALCOM" və "ASELSAN" şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
Qeyd edək ki, sərgidə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.












Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31