Ermənistanın texnikasına atəş açılması barədə yayılan məlumat həqiqəti əks etdirmir - Müdafiə Nazirliyi

Ermənistan müdafiə nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - deyə məlumatda vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31