Azərbaycan Ordusu tərəfindən guya Basarkeçər rayonu istiqamətində atəş açılması məlumatı yalandır - Müdafiə Nazirliyi
25 Sentyabr 2022 18:32 OrduErmənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.
Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur", - deyə Nazirlik bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31