Müdafiə Nazirliyi mövqelərimizin atəşə tutulmasını qəti surətdə təkzib edib

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik.

Olaylar.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə Nazirlikdən əlavə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31