Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbçilərimizdən biri də Qusarın Mucuq kəndindən olan, 23 yaşlı Heydərov Şair Camaloviçdir.
Qusar İH başçısının Mucuq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məhəmməd Novruzov dəfn üçün hazırlıq işlərinə başlanıldığını deyib.
Bildirib ki, şəhidin nəşi bu gün axşam saatlarında rayona gətiriləcək. Şair Heydərov doğulduğu Mucuq kəndində dəfn ediləcək.
İcra nümayəndəsi şəhidlə bağlı ilginc faktları açıqlayıb. Onun sözlərinə görə, şəhid Şair Heydərov bir ildir evlənibmiş, həyat yoldaşı 7 aylıq hamilədir. Şəhidin anası Yeganə Heydərova onkoloji xəstədir. Şair iki bacının tək qardaşı idi. Onun özündən böyük 2 bacısı isə evlidir.
