Sosial şəbəkələrdə ordunun fəaliyyətinə kölgə salan məlumatlar yayılır - Anar Eyvazov
14 Sentyabr 2022 18:15 OrduSosial şəbəkələrdə Azərbaycan Ordusunun fəaliyyətinə kölgə salan məlumatlar, video və şəkillər yayılır.
Olaylar.az bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov brifinq zamanı deyib.
"Sosial şəbəkələrdə yayılan məlumatlar ictimaiyyət arasında çaşqınlıq yaratmasın.
İctimaiyyət bu məlumatlara inanmasın. İctimaiyyəti diqqətli olmağa, yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31