Təşvişə düşən Ermənistan hərbi rəhbərliyi döyüş texnikasını mülki obyektlərin yaxınlığında tərtibləyir - Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib.

Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.

Bir daha bəyan edirik ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki obyektlər hədəfə alınmır və yüksək dəqiqliklə qarşı tərəfin atəş nöqtələrinə zərbələr endirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31