Müdafiə Nazirliyi brifinq keçirir - CANLI
13 Sentyabr 2022 02:50 OrduMüdafiə Nazirliyi Azərbaycan Ordusunun müxtəlif istiqamətlərində yerləşən mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə tutulması ilə bağlı brifinq keçirir.
Olaylar.az bildirir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov çıxış edir.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31