“TurAz Qartalı-2022”: Pilotlar müxtəlif epizodlar üzrə tapşırıqlar icra edirlər - FOTO + VİDEO
8 Sentyabr 2022 18:43 OrduAzərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2022" birgə taktiki-uçuş təlimi davam edir.
Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.
Birgə taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31